Azərbaycan millisinin sabiq futbolçusu, karyerası ərzində "Qarabağ", Neftçi", Xəzər Lənkəran" və "Qəbələ"də çıxış etmiş Branimir Subaşiç Offsideplus.az-a açıqlama verib.
Serbiya əsilli oyunçu vaxt tapdıqca Azərbaycan çempionatının oyunlarını izlədiyini vurğulayıb: "İmkan tapanda, çempionata baxıram, xüsusilə "Neftçi"nin görüşlərini səbirsizliklə gözləyirəm".
40 yaşlı veteran futbolçu "Qarabağ"ın avrokuboklardakı çıxışı barədə də danışıb: "Qarabağ" bu mövsüm Avropada çox yaxşı çıxış edir. Fikrimcə, onlar növbəti mərhələyə çıxacaq".
O, Avropa Liqasının 5-ci turunda "Nant"la matçda səhv edən Şahruddin Məhəmmədəliyev haqda da fikir bildirib: "Hər kəs səhv edə bilər. Şahruddin yaxşı qapıçıdır. O, oyunlar zamanı komandasını çoxlu qol epizodlarından xilas edir. Düşünürəm ki, "Şah" "Qarabağ"a lazım olan oyunçudur".
Offsideplus.az