"Nant"ın futbolçusu Jan-Şarl Kastelletto "Qarabağ"a məğlub olmalarına fikir bildirib.

Offsideplus.az xəbər verir ki, kamerunlu müdafiəçi bu barədə klubun rəsmi televiziyasına açıqlama verib:

"Bu rəqibə öz meydanında qalib gəlmək çox çətindir. Bununla belə, matçın əvvəllərində yaxşı oynadıq və qol şanslarımız oldu. Ardıcıl qollar bizi çətin vəziyyətə saldı. Bu cür müdafiə olunmamalıyıq. "Qarabağ" çox yaxşı komandadır. Rəqibə afərin düşür. Biz isə öz oyunumuzu inkişaf etdirməliyik".

Qeyd edək ki, "Qarabağ" - "Nant" matçı 3:0 hesabıyla başa çatıb.