Bu gün Avropa Liqasında 2021/2022 mövsümünün final oyunu baş tutub.

Offsideplus.az xəbər verir ki, həlledici matçda Şotlandiya "Reyncers"ini məğlub edən Almaniya "Ayntraxt"ı titula sahib çıxıb.

İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılan qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında 5:4 hesabıyla qalib gələn almanlar çempionluğu bayram edib.

UEFA Avropa Liqası, final

 18 may