UEFA  Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu ada "Napoli"nin yarımmüdafiəçisi Elif Elmas layiq görülüb.

Qeyd edək ki, 22 yaşlı oyunçu Avroliqanın qrup mərhələsinin sonuncu turunda "Lester"ə 3:2 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.