"Vilyarreal" - "Qarabağ" görüşü rəsmi olaraq baş tutmayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə İspaniya təmsilçisi "Vilyarreal" rəsmi saytından məlumat yayıb. Oyunun daha sonra keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar tezliklə açıqlanacaq. UEFA tezliklə hər iki klubla əlaqəyə girəcək.
Qeyd edək ki, "Qarabağ"ın 2-si qapıçı olmaqla 13 futbolçusunun virusa yoluxduğu açıqlanandan sonra görüşün təxirə salındığı qeyd olunub.
Xatırladaq ki, "Vilyarreal" - "Qarabağ" matçı dekabrın 10-u baş tutmalı idi.
#UEL | Official announcement: The game against @FKQarabaghEN, corresponding to MD6 of the @EuropaLeague Group Stage, has been postponed.https://t.co/ohg3NOHZku
— Villarreal CF English (@Eng_Villarreal) December 8, 2020