Avropa Liqasının qrup mərhələsinin 5-ci həftəsinin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Lill"in hücumçusu Burak Yılmaz ən yaxşı oyunçu adına layiq görülüb. Türk futbolçu səsvermədə "Molde"li Maqnus Eykremi, "Braqa"dan Qalenonu və "Milan"dan Yens Haugeni qabaqlayıb.
Qeyd edək, "Sparta" - "Lill" matçının 77-ci dəqiqəsində əvəzetmədən meydana daxil olan Burak 80 və 84-cü dəqiqələrdə vurduğu qollarla komandasına qələbə qazandırıb.