"İnter"in ulduz futbolçusu Aleksis Sançez Avropa Liqasının yarımfinal matçını buraxa bilər.

 Offsideplus.az xəbər verir ki, Avropa Liqasının 1/4 finalında "İnter" "Bayer" üzərində 2-1 hesablı qələbə ilə yarımfinala yüksəlib. Matçın 64-cü dəqiqəsində oyuna daxil olan Sançez oyunun bitməsinə dəqiqələr qalmış sağ ayağından zədə alıb.

Klub saytı çilili futbolçunun zədəsinin ciddi olduğunu açıqlayıb. Bu durum onun bazar günü baş tutacaq yarımfinal matçında iştirakını sual altına alıb.