Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb. 

Offsideplus.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan təmsilçiləri - "Neftçi", "Keşlə""Sumqayıt"ın rəqibləri müəyyənləşib.

Səpələnmişlər səbətində yer alan "Neftçi" Şimali Makedoniyanın "Şkupi”"Keşlə" isə Albaniyanın "Laçi” klubu ilə qarşılaşacaq. 

İlk dəfə avrokuboklarda iştirak etmək şansı qazanan "Sumqayıt" Şimali Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gələcək. 

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları avqustun 27-də keçiriləcək. Hər 3 klubumuz oyunu evdə keçirəcək.