“Neftçi” klubunun yeni transferi Stiven Monroz paytaxt klubunda ilk rəsmi oyununda qol vurub.
Offsideplus.az xəbər verir ki, fransalı hücumçu Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Sperantsa” ilə səfər oyununda fərqlənib. 28 yaşlı futbolçu hazırda davam edən matçın 36-cı dəqiqəsində rəqib qapısına yol taparaq hesabı 2:0 edib.
Qeyd edək ki, Monroz yay fasiləsində “Qəbələ”dən “Neftçi”yə keçib.