Bakı Olimpiya Stadionunda Avropa Liqasının final oyununa ciddi hazırlıq işləri davam etdirilir.
Offsideplus.az xəbər verir ki, bunu AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla deyib.
Onun sözlərinə görə, hazırda Bakı Olimpiya Stadionu "Çelsi" - "Arsenal" oyununu izləmək üçün 63 min nəfər azarkeşi qəbul etməyə hazırdır: "Stadion 68 min nəfərə yaxın azarkeş tutumludur. Lakin final oyunu ilə bağlı UEFA bəzi dəyişikliklər edib. Stadionda studiyalar qurulub, xüsusi yerlər yaradılıb. Ona görə də hazırda stadion 63 min nəfər azarkeş qəbul edə biləcək".
Xatırladaq ki, mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında 30 mindən çox əcnəbi azarkeş iştirak edəcək.
Yarış ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Beynəlxalq Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün 40 marşrut avtobusu ayrılıb ("Trend").