Almaniya futbolçuları Avropa Çempionatının 1/2 mərhələsinə yüksələrsə, yeni qadağa ilə üz-üzə qalacaqlar.
Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Yulian Nagelsmann oyunçulara turnidəki çıxışlarını başa vurana qədər həyat yoldaşları və ya sevgililəri ilə görüşməyi qadağan edəcək. Mütəxəssis bununla futbolçuların oyunlara daha yaxşı köklənməsini təmin etməyə çalışacaq.
Qeyd edək ki, almanlar turnirin 1/4 final mərhələsində İspaniya ilə qarşılaşacaq. Matç iyulun 5-də baş tutacaq.
Qitə turnirinə isə iyulun 14-də yekun vurulacaq.