Portuqaliya millisinin hücumçusu Krıştiano Ronaldo AÇ-2024-ün 1/8 final mərhələsində Sloveniya (pen. 3:0) ilə matçda qaçırdığı penalti haqda danışıb.
Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, o, seriyada ilk zərbəni özü vurmaq istədiyini bildirib:
"Oyunun gedişində penaltidən istifadə edə bilmədim. Lakin seriyada topun arxasına ilk keçmək istədim. Çünki məsuliyyəti üzərimə götürməkdən çəkinməmişəm. Belə məsələlərdə qorxmamalısan".
Prineylilər qitə turnirinin 1/4 final mərhələsində Fransa ilə qarşılaşacaq. Matç iyulun 5-də Hamburqda keçiriləcək.