İtaliya ilə heç-heçə edərək qrupu üçüncü yerdə başa vuran Xorvatiya millisinin AÇ-2024-də mübarizə aparmaq şansı hələ də var.

Offsideplus.az xəbər verir ki, hazırda 3-cü yerdə qərarlaşan ən yaxşı nəticə göstərmiş komandalar aşağıdakı cədvəldəki kimidir.

Xorvatiya millisinin ən yaxşı "üçüncülər" siyahısında 4-cü pilləyə qalxması üçün İngiltərənin Sloveniyanı 3 və ya daha çox qolla məğlub etməsi gərəkir. Bundan əlavə, Türkiyə Çexiyanı, Portuqaliya isə Gürcüstanı ya məğlub etməlidir, ya da oyunlarda qolsuz heç-heçə qeydə alınmalıdır.