Avropa çempionatı tarixində məhsuldar ötürmə rekordu qırılıb. 

Offsideplus.az xəbər verir ki, Kristiano Ronaldo Türkiyəyə qarşı oyunda assistə imza atıb. Məhsuldar ötürmələrin sayını 8-ə çatdıran portuqaliyalı ulduz bu turnir tarixində ən çox assist edən futbolçu olub. 

Qeyd edək ki, Ronaldo həmçinin Avropa çempionatı bombardiridir: 14 qol.