İtaliya millisinin AVRO-2024-ün 1-ci turunda Albaniyanı 2:1 məğlub edib.

Offsideplus.az xəbər verir ki, italyanların baş məşqçisi Luçano Spaletti oyun haqda danışıb: 

“Bu gün meydanda çox yaxşı işlər gördük. Bu işlər bizi yaxşı yerlərə aparmalıdır. Rəqibi bir neçə dəfə cəzalandırmaq imkanımız oldu, amma bacarmadıq. Oyunumuzu yaxşı qurduq, amma sonra hücumun xeyrinə düzgün qərar vermək lazım olanda fikrimizi çox tez dəyişdik".