Bu gün AÇ-2024 start götürür. 

Offsideplus.az xəbər verir ki, turnir Almaniya - Şotlandiya matçı ilə başlayacaq. Bu komandalar indiyə kimi 17 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 8-də Almaniya, 4-də Şotlandiya qələbə qazanıb. 5 oyunda isə heç-heçə qeydə alınıb.

Topların nisbətində də "panzerlər" britaniyalıları üstələyirlər - 26:23.