Norveç millisinin hücumçusu Erlinq Hollan zədə ucbatından növbəti maçı buraxmalı olacaq.

Offsideplus.az xəbər verir ki, Norveç millisinin Farer Adalarına qarşı keçirdiyi beynəlxalq yoldaşlıq matçında zədələnən Erlinq Haaland heyətdən kənarda qalıb.

Norveç Futbol Federasiyasında verilən rəsmi məlumatda 23 yaşlı hücumçunun AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Şotlandiya səfərindəki qarşılaşmada yer almayacağı bildirilib. Holandın Farer Adaları ilə görüşdə ayağından aldığı zədənin ciddi olmadığı vurğulanıb. Skandinavların heyətində çıxdığı 29 matçda 27 qol vuran forvard iyun ayında Şotlandiyanın da qapısına yol tapmışdı. Milli federasiyanın məlumatında Erlinqin əvəzinə yığmaya heç kimin dəvət olunmadığı da yer alıb.

AVRO-2024-ün seçmə mərhələsində A qrupunda yer alan Norveç millisi 7 matçdan sonra 10 xalla 3-cü sıradadır. Gələn il Almaniyada keçiriləcək qitə turnirinə vəsiqəni təmin edən İspaniya və Şotlandiya milliləri isə 18 və 16 xalla ilk 2 pilləni bölüşür.