Belçika yığma komandasının futbolçusu Amadu Onana AVRO-2024-ün seçmə mərhələsinin son turunda Azərbaycanla keçiriləcək oyunu buraxacaq.
Offsideplus.az xəbər verir ki, buna səbəb gənc yarımmüdafiəçinin zədəli olmasıdır.
Baldır nahiyəsindən xəsarət alan 22 yaşlı oyunçunun tibbi müayinədən sonra millimizlə görüşdə iştirak edə bilməyəcəyi dəqiqləşib. Bu səbəbdən Onana yığmanın düşərgəsini tərk edib.
Noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.