Oktyabrın 9-da tanınmış insayder Nikolo Skira sosial şəbəkələrdə 2032-ci il Avropa çempionatına İtaliya və Türkiyənin ev sahibliyi edəcəyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, mənbənin sözlərinə görə, Rusiya istisna olunduqdan sonra turnirə ev sahibliyi etmək və təşkil etmək üçün yalnız İtaliya-Türkiyə təklifi qalıb.
UEFA bu qərarı oktyabrın 10-da rəsmən açıqlamalıdır. Bu Nyonda keçiriləcək görüşdə baş tutacaq. Qeyd olunur ki, yekun qərar İtaliya və Türkiyənin bu görüşdə öz ərizələrini necə müdafiə etməsindən asılı olacaq.
Xatırladaq ki, Avro-2028 Böyük Britaniya və İrlandiyada keçiriləcək. Bu da sabah, oktyabrın 10-da rəsmən açıqlanmalıdır.