Alan Dzaqoyev AÇ-2024-ü bəyənməyib. 

Offsideplus.az xəbər verir ki, rusiyalı veteran Almaniyada keçirilən turnirin maraqsız olduğunu söyləyib:

"İstər oyunların məzmununa, istərsə də ümumilikdə futbolun səviyyəsinə görə baxımsız turnir oldu. Bəli, bəzi yaxşı qarşılaşmalar keçirildi, amma, ümumilikdə bu, son dövrlərin ən pis çempionatı idi. Mənə elə gəlir ki, komandaların sayını artıranda rəqabəti öldürüblər. Gürcülər bundan razı qaldılar. Və qalanları. Bəzi oyunlara baxmağa başladım - və bu, sadəcə maraqlı deyildi! Niderland - İngiltərə matçının 15-ci dəqiqəsində artıq hesab 1:1 oldu. 25-ci dəqiqədən sonra yatmaq istəyirdim".