UEFA 17 yaşlı futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində İsraillə keçirilməsi planlaşdırılan 12-ci qrupun oyunlarını təxirə salıb.

Offsideplus.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

İsraildə oktyabrda Belçika - Cəbəllütariq, Uels - İsrail (11 oktyabr), Belçika - Uels, İsrail - Cəbəllütariq (14 oktyabr), İsrail - Belçika, Cəbəllütariq - Uels (17 oktyabr) oyunlarının keçirilməsi planlaşdırılmışdı.

Hazırda matçların yeni tarixləri və yerləri məlum deyil.

Oktyabrın 7-də səhər Qəzza zolağından İsrail ərazisinə raket hücumları başlayıb. İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bildirib. Hücum nəticəsində onlarla israilli və fələstinli həlak olub.