Belçika millisinin baş məşqçisi Domeniko Tedesko ilə mübahisə edib son toplanışdan yarımçıq ayrılan Tibo Kurtua ilə federasiya nümayəndələri arasında görüş baş tutub.
Offsideplus.az xəbər verir ki, Belçika Futbol Federasiyasının rəsmiləri Madridə yollanaraq 31 yaşlı qolkiperlə görüşüb. Qurum qapıçı və milli komanda arasında olan soyuqluğa son vermək üçün bu addımı atıb.
Baş məşqçi Tedesko özü də tezliklə ulduz futbolçu ilə görüşəcək. Beləliklə, Kurtuanın AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Azərbaycan millisi ilə səfər oyununda iştirakı gözlənilir.
Qeyd edək ki, Kurtua kapitan sarğısı ona verilmədiyi üçün millinin düşərgəsini tərk etmişdi.