İrlandiya millisi və "Uiqan" klubunun üzvü Ceyms Makkleynə autizm diaqnozu qoyulub.

Offsideplus.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli oyunçunun qızı Uillou-Ayvi də analoji xəstəlikdən əziyyət çəkir. Makkleyn bildirib ki, uşağa bənzədiyini hiss etməyə başlayandan sonra müayinədən keçib və nəticə müsbət çıxıb.

Qeyd edək ki, Ceyms Makkleyn "Stok Siti", "Vest Bromviç", "Sanderlend" klublarının şərəfini qoruyub.