Fransa yığma komandası AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunda İrlandiyanı məğlub edib (1:0).

Offsideplus.az xəbər verir ki, həmin matçda “xoruzlar”ın hücumçusu Olivye Jiru yeni rekorda imza atıb.

“Milan”ın forvardı 2000-ci ildən Fransa millisində rəsmi oyunlarda iştirak edən ən yaşlı oyunçu olub (36 yaş 178 gün). O, keçmiş futbolçu Lilian Türamı qabaqlayıb (36 yaş 164 gün).

O, yığmada 121 oyuna çıxıb və 53 qol vurub.