İsveç yığma komandasının hücumçusu Zlatan İbrahimoviç Azərbaycan millisi ilə AÇ-2024-ün seçmə mərhələ matçında iştirak etməyə bilər.

Offsideplus.az xəbər verir ki, 42 yaşlı futbolçu zədə səbəbindən komandasının son məşqində iştirak etməyib. Əvəzində xəstəlikdən sağalan Albin Ekdal millinin düşərgəsinə qayıdıb.

Xatırladaq ki, martın 27-də “Frends Arena”da keçiriləcək İsveç – Azərbaycan matçı saat 22:45-də başlayacaq.