2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin ilk oyunları davam edir. 

Offsideplus.az xəbər verir ki, B, E, F və G qrupları üzrə 8 oyun keçiriləcək. 

F qrupunda mübarizə aparan Azərbaycan millisi Avstriya yığmasının qonağı olacaq. Qrupun digər matçı İsveçlə Belçika seçmələri arasında olacaq. 

Son dünya çempionatının finalçısı Fransa millisi B qrupunda Niderlandla qarşılaşacaq.

24 mart

AVRO-2024, seçmə mərhələ, I tur

B qrupu

23:45. Cəbəllütariq – Yunanıstan

23:45. Fransa - Niderland

E qrupu

23:45. Moldova – Farer adaları

23:45. Çexiya - Polşa

F qrupu

23:45. Avstriya – Azərbayacn

23:45. İsveç - Belçika

G qrupu

21:00. Bolqarıstan - Monteneqro

23:45. Serbiya - Litva