AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Azərbaycan millisi bu gün mübarizəyə başlayıb.

Offsideplus.az xəbər verir ki, Canni De Byazinin komandası Bakı vaxtı ilə saat 23:45-də Avstriya millisi ilə üz-üzə gəlib.

Millimiz bu oyunda 1:4 hesabıyla uduzub.

24 mart

AVRO-2024, seçmə mərhələ

F qrupu, I tur

23:45. Avstriya – Azərbaycan 4:1

Qol: Sabitzer, 28, 50, Qreqoritş, 29, Baumqartner, 69 - Emin Mahmudov, 63Baş hakim: Bartoş Frankovski (Polşa)

Linz, “Raiffeisen Arena”

Avstriya: Haynts Lindner, Maksimilian Vöber, Kevin Danso, Nikolas Seyvald, Marsel Sabitzer, Mixael Qreqoritş, Filipp Muene, Kristof Baumqartner, Konrad Laymer, Patrik Vimmer, Qernot Trauner

Azərbaycan: Yusif İmanov, Elvin Cəfərquliyev, Bəxtiyar Həsənəlizadə, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Eddi İsrafilov, Emin Mahmudov (k), Riçard Almeyda, Ramil Şeydayev, Ozan Can Kökçü, Renat Dadaşov