AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə oyunda Avstriya yığmasının futbolçusu David Alaba iştirak etməyəcək.

Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, bir aydır zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan kapitan yığmanın heyətində məşqlərini bərpa etsə də, seçmə mərhələdəki ilk görüşdə iştirak etməyəcək. Baş məşqçi Ralf Ranqnik onu Estoniya seçməsi ilə qarşılaşmaya hazırlayır. 

Qeyd edək ki, Avstriya martın 24-də Azərbaycanla, üç gün sonra Estoniya yığmasını qəbul edəcəklər.