AVRO-2024-ün seçmə mərhələsi üzrə Azərbaycana qarşı oyundan öncə Avstriya millisinin 3 futbolçusu sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, Filip Linxart ("Frayburq"), Matias Honsak ("Darmştadt") və Marko Arnautoviç ("Bolonya") zədə səbəbindən millinin düşərgəsini tərk edib. Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. Onların əvəzinə "Verder"dən Romano Şmid, "Salernitana"dan Flavius Danilyuka dəvət göndərib.
Daha öncə "Lask"ın qapıçısı Aleksander Şlager də zədə səbəbdən heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, Avstriya - Azərbaycan oyunu martın 24-də "Raiffeisen Arena"da olacaq.