AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasının qapıçısı Tibo Kurtua millini "qızıl nəsil" saymır.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı qolkiper mart ayında baş tutacaq Avropa çempionatının seçmə mərhələsi oyunlarından söz açıb:

"Bu dünya çemipionatı və son Avropa çempionatında özümüzdə deyildik, bu utancverici idi. Nələr baş verəcəyini görəcəyik, kimlər qalacaq, kimlərsə gedəcək. Futbol sürətlə inkişaf edir. Mart ayında AVRO-2024-ün seçmə mərhələsi üzrə oyunlarınımız var. Nəsə qazanmırsansa, özünü "Qızıl Nəsil" adlandırmaq çətindir. Biz qızıl nəsil deyilik, Avropada çıxış edən bacarıqlı və böyük futbolçulardan ibarət nəsilik. 2018-ci ildə Rusiyada kim olduğumuzu göstərdik".

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparır. Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu martın 24-də İsveçə qarşı keçirəcək. Həmin gün Azərbaycan millisi Avstriyanın qonağı olacaq.