Bu gün 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

 Offsideplus.az xəbər verir ki, Almaniyanın Frankfurt şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri məlum olub. Püşkatmaya 4-cü səbətdən qatılan yığmamız AVRO-2024-ün seçmə mərhələsində F qrupunda yer alacaq və aşağıdakı rəqiblər ilə qarşılaşacaq. Onu da qeyd edək ki, millimiz 5 komandalı qrupda yer alıb.

AVRO-2024, 

F qrupu: Belçika, Avstriya, İsveç, Azərbaycan, Estoniya

Qeyd edək ki, qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq. Seçmə mərhələnin ilk oyunlarına martda start veriləcək. Qrup mərhələsinin son oyunları isə noyabr ayında baş tutacaq.