AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimində AFFA rəsmiləri də iştirak edəcək.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, mərasim oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərindəki, “Festhalle” sərgi mərkəzində Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq. 

Tədbirdə AFFA-nın baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi, baş katibin müavini Kamran Vəliyev, Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər.