Futbol üzrə Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsində yer alacağı səbət məlum olub.

Offsideplus.az xəbər verir ki, yığma püşkatma zamanı 4-cü səbətdə yer alacaq.

UEFA Millətlər Liqasında qrup mərhələsi başa çatmadığı üçün bəzi komandaların səbətləri dəqiqləşməyib.

1-ci səbət: Niderland, Portuqaliya, Macarıstan, Xorvatiya, Belçika, Danimarka, İspaniya, İtaliya, Polşa, İsveçrə (?)

2-ci səbət: Çexiya (?), Fransa, İngiltərə, Avstriya, Uels, Bosniya və Herseqovina, İsrail, Şotlandiya (?), Norveç (?), Serbiya (?)

3-cü səbət: Ukrayna (?), Sloveniya, İrlandiya, Rumıniya, İsveç, Ermənistan, Monteneqro (?), İslandiya (?), Finlandiya (?), Albaniya (?),

4-cü səbət: Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Azərbaycan, Şimali Makedoniya (?), Kosovo (?), Slovakiya (?)

5-ci səbət: Kipr (?), Bolqarıstan (?), Şimali İrlandiya (?), Belarus, Estoniya, Cəbəllütariq, Latviya, Litva, Malta, Moldova

6-cı səbət: Andorra, Lixtenşteyn, San Marino

Qeyd edək ki, oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək püşkatma tədbiri Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İştirakçı ölkələr hərəsində 5 komanda olan 7 və hərəsində 6 kollektiv olan 3 qrupa bölünəcək. 10 qrup qalibi və eyni sayda qrup ikincisi final mərhələsinə yüksələcək. Qalan 3 vəsiqənin sahibi isə 2024-cü ilin martında baş tutacaq pley-off oyunlarından sonra müəyyənləşəcək. Almaniya AVRO-2024-ə ev sahibliyi edəcəyi üçün, Rusiya isə Ukraynaya hərbi müdaxilə səbəbindən püşkatmada iştirak etməyəcək.