Belçika yığmasının baş məşqçisi Roberto Martinesin köməkçisi Tyerri Anri millinin Avro-2020-də mübarizəni dayandırmasından sonra vəzifəsindən ayrılıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssisin yığma komandada qazandığı bütün pulları xeyriyyə məqsədi ilə ayıracağı bildirilib.

Qeyd edək ki, Anri mayın sonunda Belçika millisinə qoşulmuşdu.