Avropa çempionatının 1/8 finalında Xorvatiya millisi İspaniya ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, oyunu 20-ci dəqiqəsində Pedrinin avtoqolu sayəsində xorvatlar hesabda önə keçib. Sonradan 3 qol vuran İspaniya millisi oyunun taleyini həll etmiş kimi görünsə də, rəqib 85 və 90+3 dəqiqələrdə fərqlənərək hesabı bərabərləşdirib: 3:3. Gərgin keçən matçın əlavə vaxtında 2 qol vuran İspaniya millisi 5:3 hesablı qələbə ilə adını 1/4 finala yazdırıb.

Oyunun icmalını təqdim edirik:

Xorvatiya - İspaniya 3:5 
Qollar: Simon, 20. -avt,  Orsiç, 85. Pasaliç, 90+3. - Sarabiya, 38. Azpilikueta, 57. Torres, 77. Morata, 100. Oyarzabal, 103.