Portuqaliya millisinin üzvü Pepe Avropa çempionatında tarix yazıb.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı müdafiəçi AVRO-2020-nin 1/8 finalı üzrə Belçika millisinə qarşı oyunda start "11-lik"də meydana çıxıb. Bununla da, Pepe turnirin qapıçılardan sonra ən yaşlı futbolçusu ünvanına sahib çıxıb.
Qeyd edək ki, Portuqaliyanı 1:0 hesabı ilə məğlub edən Belçika 1/4 finalda İtaliya ilə üzləşəcək.