Dünən Avropa çempionatının 1/8 final mərhələsində Portuqaliyanın Belçikaya uduzmasından sonra (0:1) Kriştiano Ronaldo kapitanlıq sarğısını yerə tulllayıb.
Offsideplus.az xəbər verir ki, hakimin final fitindən sonra 36 yaşlı hücumçu kapitanlıq sarğısını çıxardıb və yerə atıb. Daha sonra sarğını qaldıran Ronaldo bu dəfə tunelə gedərkən sarğını yerə çırpıb və ayağı ilə itələyib. Həmin görüntülər futbol azarkeşlərinin qəzəbinə səbəb olub.
Qeyd edək ki, Ronaldo daha öncə də kapitanlıq sarğısını yerə atmışdı. Mart ayında DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə matçın (2:2) əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə Kriştiano qol vursa da, hakim bunu qeydə almamışdı. Portuqaliyalı ulduz bundan sonra kapitan sarğısını yerə çırpmışdı.
Nahhh mannn, Possibly the last every time we see Ronaldo at the EUROS??? pic.twitter.com/1aPQVOLr0F
— Dhruvzzz (@dhruvzz8) June 27, 2021
Second time we’ve seen Ronaldo throw away the captain arm band.
— Izu (@Izu_fcb) June 27, 2021
Where is the spirit of sportsmanship? ?? pic.twitter.com/9ehIvFItrX