Avro-2020-nin 1/8 final mərhələsinin daha bir cütü bəlli olub.

Offsideplus.az xəbər verir ki, dörd ən yaxşı qrup üçüncüsündən biri olan Çexiya bu raundda Niderlandla üz-üzə gələcək.

Bu cütün qalibi 1/4 final mərhələsində Bakıda Uels - Danimarka duelinin güclüsü ilə qarşılaşacaq.

Uels - Danimarka qarşılaşması iyunun 26-da, Niderland - Çexiya matçı isə bir gün sonra olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final oyunu iyulun 3-ə təyin olunub.