Xorvatiya seçməsinin ulduz futbolçusu Luka Modriç unikal göstəriciyə imza atıb.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Xorvatiya millisi ilə Avropa çempionatları tarixində qol vuran ən gənc və ən yaşlı futbolçu ünvanına sahib olub.
O, AÇ-2008-də Avstriya yığmasına (1:0) qol vuranda 22 yaş 273, dünən AÇ-2020-də Şotlandiyaya (3:1) vurduğu qol zamanı isə 35 yaş 286 günündə olub.