Avropa çempionatının C qrupu üzrə bütün oyunlar başa çatıb.

Offsideplus.az xəbər verir ki, Ukrayna millisi ilə qarşılaşan Avstriya komandası Kristof Baumqartnerin qolu ilə rəqib üzərində qələbə qazanıb: 1:0. Bununla da komanda adını 1/8 finala yazdırıb. 

1982-ci il Dünya Kubokundan sonra ilk dəfə Avstriya millisi beynəlxalq turnirlərdə qrupdan çıxmağı bacarıb.

Şimali Makedoniya üzərində 3:0 hesablı qələbə qazanan Niderland 9 xalla qrupu lider olaraq başa vurub. Ukrayna millisinin taleyi qrup üçüncülərinin nəticəsindən asılı olacaq. 3 oyuna 0 xal toplayan Şimali Makedoniya isə qrupda qalıb. 

Oyunun icmalını təqdim edirik:

Ukrayna - Avstriya 0-1 (Kristof Baumqartner, 21.)