UEFA-nın baş katibi Teodor Teodoridis AVRO-2020-nin A qrupu çərçivəsində iyunun 20-də Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə - Türkiyə qarşılaşmasını izləmək üçün Azərbaycana səfər edib.

Offsideplus.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüş keçirib. 

Görüşdə AVRO-2020-nin Bakıda keçirilən oyunları ilə bağlı müzakirələr aparılıb. UEFA rəsmisi təşkilatı işlərdən məmnunluğunu ifadə edib.

 

Elxan Məmmədov Teodor Teodoridislə görüşüb