"Matç" TV-nin erməni teleşərhçisi Nobel Arustamyan Bakıya buraxılmayıb.
Offsideplus.az xəbər verir ki, Bakıda doğulub., sonradan Rusiyaya köçən idman jurnalisti AVRO-2020-nin oyunlarını işıqlandırmaq üçün UEFA-dan qeydiyyatdan keçib və lazım olan akkreditasiyanı alıb. Məqsədi 11 şəhərdən 1-i olan Bakıya da səfər etmək imiş. Məsələdən xəbər tutan AFFA rəhbərliyi işə əl qataraq Nobelin ölkəmizə səfərinin qarşısını alıb.
Belə ki, ev sahibi mandatından istifadə edən assosiasiya UEFA-ya məktubunda Arustamyanın vaxtilə işğal olunmuş Azərbaycan torpaqlarına səfər etdiyini bildirərək, ölkəmizə girişinin qarşısını alıb. Bununla da, AVRO2-2020-nin Bakı qapıları erməni jurnalistin üzünə bağlanıb.
Qeyd edək ki, Rusiyada kifayət qədər tanınan bu teleşərhçi Ermənistan millisinin və "Roma"nın futbolçusu Henrix Mxitaryanın yaxın dostlarından hesab olunur. O, 2019-cu ildə Avroliqanın final matçının Bakıda keçirilməsinə etiraz edən qrupun başında duranlardan idi.