Moldava yığmasının yoldaşlıq görüşləri üçün heyəti bəlli olub.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Roberto Bordin geniş heyətdə 30 futbolçuya dəvət göndərib.

Onların arasında "Keşlə"nin oyunçusu Stanislav Namaşko da var.

Qapıçılar: Stanislav Namaşko ("Keşlə", Azərbaycan), Dmitri Çelyadnik ("Şerif"), Nikolay Çebotar ("Petrolul", Rumıniya), Kristian Avram ("Petrokub")

Müdafiəçilər: İqor Armaş ("Voluntari", Rumıniya), Oleq Ryabçuk ("Olimpiakos", Yunanıstan), Vyaçeslav Posmal, Aleksandr Belousov (hər ikisi "Şerif"), Daniel Dumbravanu ("Cenoa" U-19, İtaliya), İqor Arxiriy, Vadim Boloxan (hər ikisi "Milsami"), İon Jardan, Maksim Potırnike, Sergey Platika (hamısı "Petrokub")

Yarımmüdafiəçilər: Artur İonitsa ("Benevento", İtaliya), Vadim Ratse (Kindiya, Rumıniya), Kristian Dros ("Spartak", Latviya), İqor Kostrov ("Qomel", Belarus), Mixail Kaymakov ("Koper", Sloveniya), Yevgeni Oança (OİK Xabarovsk, Rusiya), George Anton ("Qloriya" Buzeu, Rumıniya), Andrey Kojokar, Viktor Boqaçuk (hər ikisi "Petrocub"), Kornel Kotoqoy ("Daçiya-Buyukan")

Hücumçular: İon Nikolaesku ("Dunayska Streda", Slovakiya), Vitali Damașkan ("Valveyk", Niderland), Nikolay Milinçanu ("Yanina", Yunanıstan), Lado Axalaya ("İnter" U-19, İtaliya), Marius Yosipoy ("Veles", Rusiya), Aleksandr Antonyuk ("Milsami"), Dan Spetaru ("Ararat-Armeniya", Ermənistan)

Qeyd edək ki, Moldova iyunun 3-də Türkiyə, iyunun 6-da Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək.