İsveç millisinin və "Milan"ın futbolçusu Zlatan İbrahimoviçin son durumuna aydınlıq gəlib.
Offsideplus.az "Football İtalia"ya istinadən xəbər verir ki, 39 yaşlı hücumçu dizindən aldığı zədə səbəbindən üç həftə yaşıl meydanlardan uzaq qalacaq. İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək. Bu barədə İsveç Futbol Federasiyası qərar verib.
Qeyd edək ki, AVRO-2020 11 iyun - 11 iyul tarixlərində baş tutacaq.