UEFA-nın növbəti iclasının vaxtı bəlli olub.
Offsideplus.az xəbər verir ki, aprelin 1-də qitə futbol qurumuna üzv olan 55 federasiyanın baş katibləri ilə video əlaqə yaradılacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Toplantıda milli çempionatların, avrokubokların bərpası, yığma komandaların təqvimi, transfer dövrü və oyunçularının müqaviləri ilə bağlı məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Avropada 54 ölkədə liqalar dayandırılıb. Sadəcə Belarusda çempionat oyunları hələ də keçirilir.