Yüngül atletika üzrə Dünya çempionu olan idmançı mətbuata açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Türkiyənin Fenerbahçe klubunu təmsil edən Azərbaycan əsilli idmançı mətbuata "Bildiyiniz kimi, Fenerbahçe-nin uğurları üçün çalışıram. Türkiyədə çox böyük azarkeş ordusu var. Sadəcə futbolda uğur qazanmadığını nümayiş etdirdim. Azərkeşləri sevindirdiyim üçün xoşbəxtəm." deyib.
Atlet bundan başqa "Artıq yolda gedərkən insanlar mənimlə şəkil çəkdirirlər. Bu məni narahat etmir. Əksinə, biz elə bunun üçün çalışırıq. Uğurlarımıza görə tanınmaq gözəl hissdir." ifadələrini də səsləndirib.