Həmyerlimiz Leyli Əliyeva bürünc medal qazanıb.
Offsideplus.az xəbər verir ki, Almaniyanın Münhen şəhərində atıcılıq üzrə H&N kuboku keçirilib.
Yarışda Azərbaycanı təmsil edən Leyli Əliyeva da medalçılar sırasına düşüb.
Belə ki, qızlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışında atıcımız Leyli Əliyeva bürünc medal qazanıb.