Türkiyənin Sivas şəhərində 18 yaşa qədər atletlər arasında Balkan çempionatı keçirilir.

Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycan atletləri də mübarizə aparırlar.

Bu gün mübarizəyə qoşulan idmançılarımızdan İlahə Quliyeva uğurlu çıxışla yadda qalıb. İlahə 400 metr məsafəyə qaçışda 56,54 saniyəlik nəticə göstərib. Bu göstərici ilə Quliyeva yarışın gümüş medalını qazanıb.

Nüvə itələmə növündə mübarizə aparan Səkinə Hacızadə isə 13.85 metr nəticə ilə yeniyetmələr arasında Azərbaycan rekordunu yeniləyib. Hacızadə yarışda 7-ci yeri tutub.