Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında millimiz bürünc medal qazanıb. 

Offsideplus.az xəbər verir ki,  Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri çoxnövçülük proqramında bürünc medala layiq görülüb.

Qeyd edək ki, bu uğur Azərbaycan gimnastika tarixində gənclər arasında keçirilən dünya çempionatında qazanılan ilk nailiyyətdir.