Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə iki idmançısı İtaliyanın Cesolo şəhərində keçiriləcək Qran Pridə iştirak edəcək. 

Offsideplus.az xəbər verir ki, paralimpiya çempionları Orxan Aslanov və Lamiyə Vəliyeva Qan Pridə iştirak üçün yola düşüblər.

Qeyd edək ki, Qran Pri cari ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək Dünya çempionatına lisenziya qazandırır. Turnir 11-15 may tarixlərində baş tutacaq.